Modern.az

İtaliya TAP-la bağlı məsələni TƏSDİQLƏDİ

İtaliya TAP-la bağlı məsələni TƏSDİQLƏDİ

Təhsil

30 Aprel 2015, 09:30


İtaliya hökuməti Trans-Adriatik Qaz Kəmərinin (TAP) təsdiq edib.

Modern.az saytının məlumatına görə İtaliya hökuməti TAP-ın Apuliya regionunda yerləşən Melendunyo şəhəri yaxınlığından keçməsinə razılıq verib. Bununla bağlı qəbul edilən qərarda göstərilib ki, hökumət enerji resurslarının şaxələndəriliməsinin və yeni enerji dəhlizinin açılmasının zəruriliyini nəzərə alaraq bu qaz kəmərinin vacibliyini bir daha təsdiq edir.

İtaliya hökuməti vəd verib ki, ətraf mühitin qorunması istiqamətində bütün lazımi tədbirlər də görüləcək.

TAP Azərbaycan qazının İtaliya üzərindən Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan layihədir.

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı