Modern.az

Təmas xəttindəki monitorinq insidentsiz başa çatıb

Təmas xəttindəki monitorinq insidentsiz başa çatıb

Təhsil

5 May 2015, 14:32


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 5-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə  monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller nəzarət ediblər.

Modern.az  

Sizə yeni x var
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?