Modern.az

Təhsil naziri xüsusi fəal şagirdlərin aşkara çıxarılması üçün əmr verdi

Təhsil naziri xüsusi fəal şagirdlərin aşkara çıxarılması üçün əmr verdi

Təhsil

5 May 2015, 21:00


Təhsil naziri Mikayıl Cabbarov “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
Modern.az xəbər verir ki, əmrə əsasən, şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qərara alınıb.
Nazirin əmri ilə buradan tanış olmaq mümkündür.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?