Modern.az

Terrorçulara qarşı böyük ƏMƏLİYYAT: 96 nəfər öldü

Terrorçulara qarşı böyük ƏMƏLİYYAT: 96 nəfər öldü

Təhsil

6 İyun 2015, 12:03


Əfqanıstanın müxtəlif bölgələrində ölkənin hüquq mühafizə orqanları tərəfindən keçirilən 24 saatlıq əməliyyatlar nəticəsində 96 Taliban üzvü öldürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada  ölənlərlə yanaşı 61 Taliban döyüşçüsünün yaralandığı, 4-nün  isə ələ keçirildiyi bildirilib.

Bundan başqa, əfqan polisinin paytaxt Kabil başda olmaqla, ölkənin bir çox yerlərində yol kənarlarına yerləşdirilən 28 bombanı zərərsizləşdirdiyi də qeyd edilib.  

Taliban sözçüsü Zabiullah Mücahed isə nazirliyin yaydığı məlumatın həqiqəti əks etdirmədiyini, ölkə ərazisində təşkil etdikləri hücumlarda onlarla əfqan polis və əsgərinin öldürüldüyünü iddia edib.

Aytən Əliyeva

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?