Modern.az

İstanbulda silahlı HÜCUM: polkovnik və həyat yoldaşı yaralandı

İstanbulda silahlı HÜCUM: polkovnik və həyat yoldaşı yaralandı

Təhsil

7 İyun 2015, 15:12


İstanbulun Beşiktaş məhəlləsində Şakir Kesebir küçəsindəki İstanbul Jandarm Bölgə Komandanlığından çıxan ehtiyatda olan polkovnik Çetin Oğuz (67 yaş) və xanımı Asiman Oğuz (66 yaş) motosikletli iki nəfərin silahlı hücumuna məruz qalıb.

Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hücumda yaralanan Oğuz və xanım xəstəxanaya yerləşdirilib.

Qarnından yaralanan ehtiyatda olan polkovnik Oğuzun sağlamlıq vəziyyətinin ciddiliyini qoruduğu öyrənilib. Hadisənin baş verdiyi küçə bağlanıb və araşdırma aparılır.

Polis motosikletlə hadisə yerindən qaçan 2 şübhəlini yaxalamaq üçün əməliyyata başlayıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı