Modern.az

Yol polisindən sürücülərə son XƏBƏRDARLIQ

Yol polisindən sürücülərə son XƏBƏRDARLIQ

Təhsil

14 Noyabr 2015, 13:35

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bildirib ki, noyabrın 15-dən sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.

Dövlət standartına görə nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır.

Həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə hər il 1 may tarixindən 15 noyabr tarixinədək icazə verilir.

Yol polisi xəbərdar edir ki, qaydalara əməl etməyən sürücülərə qarşı qanuni tədbir görüləcək.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?