Modern.az

Regionlar internetə qoşulub, Bakı qoşulmaqdadır - İltimas Məmmədov

 Regionlar internetə qoşulub, Bakı qoşulmaqdadır  - İltimas Məmmədov

Təhsil

17 Noyabr 2015, 00:45

 

“Günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem artıq aradan qaldırılıb”. Modern.az saytı xəbər verir ki, bunu "APA-Economics"ə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən İltimas Məmmədov deyib.

"Təxminən 22:00 radələrində problem aradan qaldırılıb. İnternet artıq var, qoşulur… Digər texniki məsələlərlə mütəxəssislərimiz məşğul olur. Əsas odur ki, problem aradan qalxır, internet var. Artıq regionlar, Naxçıvan internetə qoşulub, Bakı da qoşulmaqdadır", - deyə İ. Məmmədov bildirib.  

Qeyd edək ki, bu gün saat 15:10 radələrindən etibarən Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalıb. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğındır. Hadisə yerinə yanğınsöndürən birqadalar cəlb olunub, qısa zamanda yanğın aradan qaldırılıb.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...