Modern.az

Putin Türkiyəni hərbi cinayətdə ittiham etdi, ağır ifadələr işlətdi - VİDEO

Putin Türkiyəni hərbi cinayətdə ittiham etdi, ağır ifadələr işlətdi - VİDEO

Təhsil

3 Dekabr 2015, 13:43

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Türkiyə hakimiyyəti Rusiya hərbçisinin Suriyadakı ölümünə görə məsuliyyət daşıyır. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Rusiyanın dövlət başçısı bu açıqlamanı Federal Məclisə müraciətində verib.

“Biz meydan oxumağa hazırlaşmırıq, əgər kimsə düşünür ki, alçaq hərbi cinayət edib  - bizim insanları öldürməsi pomidora, yaxud tikinti və digər sahədəki  məhdudiyyətlərlə qurtaracaq, o böyük səhv edir”, -  Putin deyib.

Rusiya prezidenti qeyd edib ki, Ankara alçaqcasına hərbi cinayət edib. O, Su-24 təyyarəsinin vurulmasını nəzərdə tutaraq belə deyib.

“Türkiyə xalqı bilməlidir ki, Rusiya onlarla bu ölkənin terrorçulara yardımçı olan hakimiyyətdəki yüksək vəzifəliləri eyniləşdirməyəcək”.

Su-24 təyyarəsinin vurulması ilə bağlı insidentdən danışan Putin bəyan edib ki, Türkiyə hakimiyyətinin niyə belə addım atdığını başa düşə bilmir: “Görünür ki, Allah Türkiyə rəhbərliyini cəzalandırmaq qərarına gəlib, onların ağıldan məhrum etməklə”.

Onun fikrincə, istənilən problemi və ziddiyyəti sülh yolu ilə, danışıqlarla həll etmək mümkün idi.





Modern.az
Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?