Modern.az

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Təhsil

10 Dekabr 2010, 20:56

Dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclasda iştirak edən dövlət başçılarını, o cümlədən Prezident İlham Əliyevi Böyük Kreml sarayında qarşılayıb. (AzərTAc)
Əvvəlcə Prezident Dmitri Medvedevin adından MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə işçi nahar verilib.
Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Məhdud tərkibdə iclas başa çatdıqdan sonra dövlət başçıları xatirə şəkli çəkdiriblər.
İclas öz işini geniş tərkibdə davam etdirib. Müzakirələrdən sonra iclasın yekun sənədləri imzalanıb.
Daha sonra mətbuat konfransı keçirilib. Bildirilib ki, MDB-də sədrlik gələn ilin yanvarında Tacikistana keçəcək. MDB Dövlət Başçıları Şurasının növbəti iclası isə 2011-ci ilin sentyabrında Düşənbədə keçiriləcək.
Bununla da iclas işini yekunlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı