Modern.az

Abdullah Erendən Diaspor Komitəsinə TƏBRİK

Abdullah Erendən Diaspor Komitəsinə TƏBRİK

Diaspor

23 İyun 2022, 10:37

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

 

Modern.az xəbər verir ki, A.Eren iki ölkənin diaspor qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu bildirərək, bunun təməlində prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasındakı dostluq, qardaşlıq və qarşılıqlı etimadın durduğunu vurğulayıb.

 

YTB rəhbəri qarşılıqlı əməkdaşlığın Şuşa Bəyannaməsinə və “Bir millət, iki dövlət, tək diaspor” fəlsəfəsinə uyğun olaraq davam etdiriləcəyini bildirib. “Yaradılmasının 20 illiyi münasibətilə dəyərli dostum Fuad Muradov başda olmaqla Diasporla İş üzrə Dövlət Komitəsində çalışan hər kəsi təbrik edirəm” – deyə o qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi