Modern.az

Yay düşərgəsində iştirak edən gənclər daha sonra diaspor fəallarına çevrilirlər - Komitə sədri

Yay düşərgəsində iştirak edən gənclər daha sonra diaspor fəallarına çevrilirlər - Komitə sədri

Diaspor

16 İyul 2024, 14:24

Biz xaricdə yaşayan gənclərin diaspor təşkilatlarına cəlb edilməsi istiqamətində mütəmadi olaraq iş görürük. Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları ilə müzakirələr aparan zaman onların daha çox gənclərlə bağlı layihələr təqdim etmələri təklifini irəli sürür. Gənclərin diaspor təşkilatına cəlb edilmələri istiqamətində Diaspor Gənclərinin Yay düşərgəsi layihəsini xüsusi vurğulamalıyıq. Bu günədək diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Növbəti - beşinci yay düşərgəsi avqustun 1-7-də Laçında keçiriləcək. Yay düşərgəsi layihəsində iştirak edən gənclər daha sonra diaspor fəallarına çevrilirlər.

 

Modern.az xəbər verir ki, bu sözləri AzərTac-a Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

F. Muradov Amerikada və Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların alyansının artıq gənclər qolunun da mövcud olduğunu xatırladaraq bildirib: “Bundan əlavə, gənclərin təhsili ilə bağlı müxtəlif proqramlar həyata keçiririk. Çalışırıq ki, xaricdə təhsil alan tələbələr diaspor işini öyrənməyə maraq göstərsinlər. Bunun üçün Komitə tərəfindən “Diaspor Akademiyası” adlı onlayn kurs təşkil edilib. “Diaspor Akademiyası” bir ildən artıqdır ki, gənclərin iştirakı ilə işini davam etdirir. Eyni zamanda, biz uşaqlarla bağlı da tədbirlər keçiririk. İki ilə yaxındır ki, Komitə tərəfindən Azərbaycan uşaqları üçün “Qardaşlaşmış Qarabağ məktəbləri” layihəsi də reallaşdırılır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-