Modern.az

Baxmut yaxın günlərdə Rusiyanın nəzarətinə keçə bilər - Stoltenberq

Baxmut yaxın günlərdə Rusiyanın nəzarətinə keçə bilər - Stoltenberq

Dünya

8 Mart 2023, 18:37

NATO-nun baş katibi Yens Stoltenberq yaxın günlərdə Baxmutun rus hərbçiləri tərəfindən ələ keçirilə biləcəyini istisna etmədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Avropa İttifaqı və Ukrayna müdafiə nazirləri ilə görüşdən əvvəl danışıb.

 

Stoltenberq Donetsk vilayətində Baxmut yaxınlığında şiddətli döyüşlərin davam etdiyini deyib.

 

"Onlar (Rusiya hərbçiləri) ağır itkilər veriblər, lakin eyni zamanda, Baxmutun yaxın günlərdə ələ keçiriləcəyini istisna edə bilmərik. Ona görə də vurğulamaq vacibdir ki, bu, müharibədə dönüş nöqtəsi deyil", - Baş katib qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi