Modern.az

NATO Kosovaya yüzlərlə hərbçi göndərir

NATO Kosovaya yüzlərlə hərbçi göndərir

Dünya

30 May 2023, 20:57

NATO Kosovaya əlavə 700 hərbçi göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

O qeyd edib ki, lazım gələrsə göndərmək üçün əlavə batalyon hazırlanacaq.

 

“NATO-nun Kosovadakı qüvvələri regionun bütün əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək. NATO Kosovaya əlavə 700 hərbçi göndərəcək və daha bir batalyonun hazırlıq səviyyəsini yüksəldəcək ki, zərurət yaranarsa, o, göndərilə bilsin”, – Stoltenberq vurğulayıb.

 

NATO-nun (KFOR) rəhbərlik etdiyi beynəlxalq qüvvə hazırda Kosovada yerləşdirilib.

 

"Associated Press"-in məlumatına görə, hazırda qismən tanınan respublikada 27 ölkədən 3762 NATO hərbçisi yerləşdirilib.

 

Qeyd edək ki, Kosovanın şimalında etnik serblərlə qarşıdurmada NATO hərbçiləri yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok