Modern.az

Britaniya şahzadəsi 130 ildən sonra məhkəmədə ifadə verəcək

Britaniya şahzadəsi 130 ildən sonra məhkəmədə ifadə verəcək

Dünya

5 İyun 2023, 12:14

Şahzadə Harri 130 ildən sonra Britaniya kral ailəsinin məhkəmədə ifadə verən ilk üzvü olacaq.

 

Modern.az "Financial Times"a istinadən xəbər verir ki, məhkəmə "Daily Mirror" nəşrinə qarşı prosesin bir hissəsi kimi keçiriləcək.

 

Belə ki, şahzadə qəzetin təşkil etdiyi qeyri-qanuni məlumat toplanmasının qurbanı olduğunu iddia edir, həmçinin özünün "ağır depressiya və paranoya dövrləri"nə görə günahlandırır.

 

Harri, həmçinin iddia edir ki, onun həyatı ilə bağlı 1996-2010-cu illər arasında dərc edilmiş 140-a yaxın məqalədə qanunsuz yollarla əldə edilmiş məlumatlar var.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi