Modern.az

Çavuşoğlu postunu Fidana təhvil verdi

Çavuşoğlu postunu Fidana təhvil verdi

Dünya

5 İyun 2023, 12:38

Türkiyədə yeni hökumətin tərkibinə daxil olan nazirlərin səlahiyyətlərinin icrasına başlaması prosesi davam edir.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, yeni XİN başçısı Hakan Fidan vəzifəsinin başına keçib.

 

Belə ki, Türkiyə XİN-də keçirilən mərasimlə deputat seçilən Mövlud Çavuşoğlu nazir postunu Fidana təhvil verib.

 

"Dövlətimizin və millətimizin bütünlüyü və rifahı üçün əlimdən gələn bütün səyləri göstərəcəyəm. Dövlətimizə, millətimizə və vətənimizə xeyirli olsun. Allah utandırmasın", - Fidan söyləyib.

 

Bundan əlavə, bu gün oxşar təhvil-təslim mərasimləri Energetika və Təbii Ehtiyatlar Nazirliyində, Nəqliyyat və İnfrastruktur Nazirliyində, Ailə və Sosial Xidmətlər Nazirliyində keçirilib. Yeni vitse-prezident Cevdet Yılmaz da Fuat Oktaydan postu təhvil alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi