Modern.az

Danışıqların növbəti raundu iyunun 12-də Vaşinqtonda olacaq

Danışıqların növbəti raundu iyunun 12-də Vaşinqtonda olacaq

Dünya

5 İyun 2023, 15:18

Ermənistan və Azərbaycan XİN başçıları arasında danışıqların növbəti raundunun tarixi açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, növbəti görüş iyunun 12-də Vaşinqtonda baş tutacaq. Lakin görüşün detalları barədə məlumat verilməyib.

 

Xatırladaq ki, bundan əvvəlki görüş 1-4 may 2023-cü il tarixlərində keçirilib. ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi