Ukrayna ordusu Baxmutda 1600 metr irəliləyib 

Ukrayna ordusu Baxmutda 1600 metr irəliləyib 

5 İyun 2023, 21:27

Ukrayna ordusu şərq cəbhəsində hücum əməliyyatları həyata keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

 

O qeyd edib ki, Ukrayna müdafiəçiləri Baxmut bölgəsindən müxtəlif istiqamətlərdə irəliləyiblər.

 

Nazir müavininin sözlərinə görə, bəzi yerlərdə hərbçilər 1600 metrə qədər ərazini ruslardan təmizləyib.

 

"Sərt müqavimətə və rusların işğal olunmuş xətləri, mövqeləri saxlamaq cəhdlərinə baxmayaraq, döyüşlər zamanı bölmələrimiz bir neçə istiqamətdə irəliləyib", - Malyar qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə ermənilər silahlandırılır-ORDUMUZ isə lazım olanı edir