Modern.az

Türkiyə baş qərargahına müvəqqəti rəis təyinatı - YENİLƏNİB 

Türkiyə baş qərargahına müvəqqəti rəis təyinatı - YENİLƏNİB 

Dünya

5 İyun 2023, 23:29

Türkiyə Quru Qoşunlarının komandanı Musa Avsever Silahlı Qüvvələrin Ali Baş komandanının səlahiyyətlərini icra edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan verib.

 

Bildirilir ki, yeni baş qərargah rəisi təyin edilənə kimi Avsever bu vəzifədə qalacaq.

 

***

22:52

 

Xəbər verdiyimiz kimi, Türkiyənin baş qərargah rəisi Yaşar Gülər prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkənin milli müdafiə naziri təyin edilib.

 

Modern.az "Aydınlıq" qəzetinə istinadən bildirir ki, Yaşar Gülərin yerinə Quru Qoşunlarının komandanı gətirilə bilər.

 

Qəzet yazır ki, general Musa Avseverin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin ediləcəyi gözlənilir. Onun bu vəzifəyə təyin edilməsi Ali Hərbi Şuranın iclasında müzakirə ediləcək.

 

İclasın nə vaxt keçiriləcəyi hələlik məlum deyil.

 

Qeyd edək ki, 1957-ci ildə anadan olan Avsever 2021-ci il avqustun 4-də Quru Qoşunlarının komandanı təyin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi