Almaniya kansleri Olaf Şolts yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə o Nürnberqdəki çıxışında bildirib.
"Mən bunu yaxın gələcəkdə yenidən etməyi planlaşdırıram", - Şolts deyib. O, əlavə edib ki, “danışıqlar normaldır, söhbət kimin kiminlə nə barədə danışıqlar aparmasından gedir”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Olaf Şolts arasında telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualına belə cavab verib: “Xeyr. Hələ yox".