Modern.az

Latviyada yeni xarici işlər naziri təyin edildi

Latviyada yeni xarici işlər naziri təyin edildi

Dünya

19 Aprel 2024, 14:01

Bu gün Latviya Seymi bu ölkənin yeni xarici işlər nazirini təyin edib. Xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə XİN-in əməkdaşlı Bayba Braje təsdiq olunub.

 

Modern.az Seymin məlumatına istinadla xəbər verir ki, Bayba Braje Latviyanın Böyük Britaniya, İndoneziya və Niderlanddakı səfiri olub, həmçinin xüsusi tapşırıqlar üzrə səfir və NATO Baş katibinin ictimai diplomatiya üzrə müavini vəzifələrini tutub.

 

Latviyanın əvvəlki xarici işlər naziri Krişyanis Karinş aprelin 10-da istefa verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi