Modern.az

CHP sədri Muhsin Yazıcıoğlunun xələfi ilə GÖRÜŞDÜ

CHP sədri Muhsin Yazıcıoğlunun xələfi ilə GÖRÜŞDÜ

23 May 2024, 16:54

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra iki lider gündəmlə bağlı birgə mətbuat bəyanatı veriblər.

 

Destici Özelə "xeyirli olsun" ziyarəti edib. CHP qərargahında təxminən bir saat davam edən görüşdən sonra liderlər bəyanatlarla çıxış ediblər.

 

Özel görüşün məzmununu belə ifadə edib:

 

"Bir saatlıq görüşümüzdə Türkiyənin gündəmini və seçkiləri qiymətləndirdik. Bizim üçün müsbət görüş oldu. Böyük Birlik Partiyası bu seçkilərdə çox sayda bələdiyyələri qazandı. Mən onları təbrik edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri