Modern.az

Ermənistanda kütləvi həbslər başladı

Ermənistanda kütləvi həbslər başladı

Dünya

15 İyun 2024, 14:36

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.

 

Modern.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

 

İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.

 

Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti