Modern.az

Qazaxıstan sülh sammitində niyə iştirak etmədi...

Qazaxıstan sülh sammitində niyə iştirak etmədi...

Dünya

17 İyun 2024, 19:51

Qazaxıstan İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə beynəlxalq tədbirlərin qrafikinə görə iştirak etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib. O əlavə edib ki, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.

 

Qeyd edək ki, İsveçrənin Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.

 

Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı