Modern.az

Putin dünyanı nüvə silahı ilə HƏDƏLƏDİ

Putin dünyanı nüvə silahı ilə HƏDƏLƏDİ

Dünya

22 İyun 2024, 12:25

Rusiya prezidenti Vladimir Putin yenə hədə dili ilə danışıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Şimali Koreya və Vyetnama səfərindən sonra Hanoyda keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna ilə müharibədə strateji məğlubiyyətə uğrayacağı təqdirdə, ekstremal tədbirlərə əl atmağa və nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb.

Putinin sözlərinə görə, Qərb Rusiyanı strateji məğlubiyyətə yaxınlaşdırarsa, Moskva ən ekstremal tədbirlərə əl ata bilər.

“Rusiya üçün bu, onun dövlətçiliyinin sonu deməkdir. Bu, Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir. Məncə, bu hamıya aydındır.

Və sonra sual yaranır: niyə qorxmalıyıq? Bütün yolu getmək daha yaxşı deyilmi? Bu elementar formal məntiqdir”.

Eyni zamanda, Putinin fikrincə, Rusiyanın hələ də qabaqlayıcı zərbə endirməsinə ehtiyac yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi