Modern.az

Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq

Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq

Dünya

18 İyul 2024, 18:10

Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq. Gələcəkdə müstəqillik hərəkatları buraya qoşula biləcəklər.

 

Modern.az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

 

O bildirib ki, cəbhənin genişlənməsi üçün digər müstəqillik hərəkatlarının onun ali orqanına müraciət etmələri kifayətdir.

 

“Altmış ildir ki, bu koloniyalar Fransaya qarşı ayrı-ayrılıqda xaotik mübarizə aparsalar da, bu cəbhəni yaratmağa nail ola bilməmişdilər. Bu gün isə onlar Bakıda belə bir vahid cəbhə yaratmağa nail oldular", - deyə A.Abbasov diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri