Modern.az

18 tank, 17 döyüş maşını, 51 artilleriya - Rusiyanın Ukraynada itirdikləri

18 tank, 17 döyüş maşını, 51 artilleriya - Rusiyanın Ukraynada itirdikləri

22 İyul 2024, 09:14

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1050 hərbçisini itirib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 567 760 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 17 zirehli döyüş maşını, 51 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri