Modern.az

Mən Şuşaya küyə düşüb gəlmədim! - Akif Əlidən təsirli YAZI

Mən Şuşaya küyə düşüb gəlmədim! - Akif Əlidən təsirli YAZI

Ədəbi̇yyat

12 İyun 2024, 13:20

Salam, əziz Şuşa!
 

Xoş gördük, doğma şəhərim! Axır ki, sən azadsan! Sənə doğru gedən yollar açıqdır.
 

Və mən 35 ildən sonra ilk dəfə sənin ziyarətinə gələ bildim.
 

Mən sənin hüzuruna turist kimi gəlməyə qıymırdım. Dəstələrə qoşulmadan, küyə düşüb selfi çəkdirməyə tələsmədən, qonaq kimi İsa bulağında yeyib-içməyi pak adına sığışdırmadan səbrlə gözlədim...
 

Və Böyük Qələbədən sonra yollar açılanda, gediş-gəliş icazəli olanda, səhhətim və sərvətim imkan verəndə öz arzumla, öz istəyimlə yola çıxdım.
 

Doğulduğum şəhərə salam verməyə, doğulduğum evi görməyə, doğulduğum havanı udmağa gəldim...
 

Müqəddəs şəhidlərin, igid qazilərin, qəhrəman sərkərdələrin min bir əziyyətlə keçib getdiyi dağlar üstündən, şanlı Zəfər yolu ilə keçib getdim...
 

İnsanlıqdan xəbəri olmayan vəhşi ermənilərin darmadağın etdiyi şəhərlərin, kəndlərin içindən qəzəblə keçdim. Tam yenidən qurulan, təzədən tikilən, od-alovdan dirçəldilən yurdumuza fərəhlə baxa-baxa getdim...
 

Böyükdür təəssüratlar, əlbəttə! Çoxdur deyiləsi sözlər, yazılası fikirlər, düşüncələr...

Amma mən Şuşaya yazı yazmağa gəlmədim...
 

Sağlıq olsun, əziz Şuşa!
 

Təki sən yaşa!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı