Modern.az

“Qarabağ” Şotlandiyaya yollandı

“Qarabağ” Şotlandiyaya yollandı

Aktual

24 Avqust 2021, 19:09

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin” komandasının qonağı olacaq “Qarabağ” futbol klubu avqustun 24-də Şotlandiyaya yollanıb.

 

Modern.az klubun saytına istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanov avqustun 25-də Bakı vaxtı ilə 21:40-da mətbuat konfransında iştirak edəcək. Son məşq isə Bakı vaxtı ilə 22:00-da matçın oynanılacağı “Pittodri” stadionunda olacaq.

 

“Aberdin” – “Qarabağ” matçı avqustun 26-da “Pittodri” stadionunda Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək. Görüşü Avstriyadan olan hakimlər idarə edəcək. Harald Lexner matçın baş hakimi olacaq. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Yulian Veynberger yerinə yetirəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı