İsrailin Azərbaycandakı səfiri Corc Dik "Yeni Klinika"nın direktoru Musa Abbasovla görüşüb.
Modern.az-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində bildirilib.
"Bu gün səfir Corc Dik "Yeni Klinika"nın direktoru Musa Abbasovla görüşərək, gecə-gündüz COVID -19 xəstələrini müalicə etməyə davam edən yorulmaz tibb komandasına İsrailin davamlı dəstəyini ifadə edib", -deyə səfirliyin məlumatında eqyd edilib.