Modern.az

Koronavirus xəstələri evlərinə qaytarıldı

Koronavirus xəstələri evlərinə qaytarıldı

Aktual

24 Dekabr 2021, 08:21

Kürdəmir rayonu Atakişili kənd sakini Xəyal Abbasova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə X.Abbasov rayonun Şımıxlı kəndi ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

 

Sabirabad rayonunda da eyni qayda pozuntusu aşkarlanıb. Belə ki, rayonun Türkədi kənd sakini, aktiv koronavirus xəstəsi Şaiq Rüstəmov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun yeri şöbə əməkdaşları tərəfindən müəyyənləşdirilib və yaşadığı evə geri qaytarılıb.

Faktlarla əlaqədar araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı