Modern.az

Türkiyə və Ermənistan rəsmiləri yenidən görüşəcək

Türkiyə və Ermənistan rəsmiləri yenidən görüşəcək

Aktual

28 İyun 2022, 11:12

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

 

"Türkiyə-Ermənistan normallaşma prosesində Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş iyulun 1-də Vyanada olacaq”, - rəsmi açıqlamada deyilir.

 

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç ilə Ruben Rubinyan arasında sonuncu görüş fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutub. Bundan əvvəl ilk görüş Moskvada keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı