Modern.az

Xəzəryanı dövlətlər yeni təşkilat YARADIR

Xəzəryanı dövlətlər yeni təşkilat YARADIR

Aktual

29 İyun 2022, 14:26

Xəzəryanı dövlətlərin altıncı sammitində Xəzər Şurası adlı yeni təşkilat yaradılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

 

“Xəzər Şurası adlı yeni təşkilat yaradılacaq. Bu barədə Türkmənistanın paytaxtında Xəzəryanı dövlətlərin altıncı sammitində məlumat veriləcək. Moskva Xəzər regionuna ümid bəsləyir, Türkmənistan isə Rusiya üçün mühüm ölkəyə çevrilir”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, bu gün Türkmənistanın paytaxtı Aşqabadda altıncı Xəzər sammiti keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Türkmənistanda səfərdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı