Modern.az

Qadın dindarlar üçün müsahibə keçirilir

Qadın dindarlar üçün müsahibə keçirilir

Aktual

13 Fevral 2023, 17:37

13 fevral tarixindən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib.

 

Komitədən Modern.az-a verilən məlumata görə, müsahibə 3 gün – 15 fevral tarixinədək davam edəcək.

 

Qeyd edək ki, 25 oktyabr - 25 noyabr 2022-ci il tarixində elan edilən müsahibənin bu mərhələsində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müraciət edən namizədlərin seçimi aparılacaq. Qadın din xadimləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərdə, eləcə də Lənkəran rayonunda yerləşən 7 vakant yer üzrə 71 müraciət qeydiyyata alınıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir. Müsahibənin nəticələri keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı təyin olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı