Modern.az

Jalə Əhmədova seçiciləri qəbul edib - FOTOLAR

Jalə Əhmədova seçiciləri qəbul edib - FOTOLAR

Aktual

23 Dekabr 2021, 20:33

Milli Məclisin deputatı Jalə Əhmədova bu gün Salyan rayonunun Aşağı Kürkənd kəndində yaşayan seçicilərini qəbul edib.

 

Modern.az xəbər verir ki, deputat Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbində təşkil edilən qəbul zamanı vətəndaşları dinləyib və onları narahat edən problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində lazımi köməklik göstərəcəyini diqqətə çatdırıb.

 

“Seçicilər əsasən iş, məşğulluq, pensiya və torpaq məsələlərinin həllində köməklik göstərməyi xahiş etdilər.

 

Qəbulda iştirak edən yerli bələdiyyə və icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin torpaq məsələsinin tez bir vaxtda həll ediləcəyini bildirdilər.

 

Onu da qeyd edim ki, seçici qəbulunun keçirildiyi məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Geniş, işıqlı, istilik sistemi ilə tam təchiz edilmiş A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbi ən müasir tələblərə cavab verən təhsil ocaqlarımızdan biridir və burada  şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəbdə 18 sinif otağı,  fənn kabinetləri, laboratoriyalar, yeməkxana, tibb otağı, kitabxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərir. 360 şagird yerlik təhsil ocağı yeni invertar, əyani və texniki vasitələrlə tam təchiz olunub.

 

Ölkəmizdə gənc nəslin təlim-tərbiyəsi, təhsili və inkişafı istiqamətində yüzlərlə layihələr həyata keçirən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də Aşağı Kürkənd kənd sakinləri adından dərin təşəkkürlərimi bildirirəm”, - deyə Jalə Əhmədova vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı