Modern.az

“Hər oğul tarixdə bu cür iz qoya bilmir”

“Hər oğul tarixdə bu cür iz qoya bilmir”

Aktual

24 Dekabr 2021, 09:10

Bu gün Azərbaycan xalqı üçün böyük gündür. Cənab  Prezidentimiz, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin doğum günüdür.

 

Tarixin ən böyük hədiyyəsi

 

Tarixin yaddaşında iz qoymaq, xalq üçün çalışmaq, dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirmək hər dövlət başçısına nəsib olmur. Bu cür keyfiyyətlər bir arada olanda tarix özünün liderini dünyaya nümayiş etdirir. Hər oğul tarixdə bu cür iz qoya bilmir. İlham Əliyev tarixi lider, tarixi sərkərdədir. O tarixin bizə ən böyük hədiyyəsidir.

 

Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirməkdədir və bu da təbiidir, çünki, cəmiyyətimiz Cənab Prezidenti vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür.

 

Mən illərdir ki, Ağsaqqallar Şurasında təmsil olunuram. Bir ağsaqqallar kimi Cənab Prezidentimlə qürur duyuram. 30 ilə yaxın müddətdə taleyi beynəlxalq təşkilatların ümidinə qalan Qarabağ münaqişəsini Ali Baş Komandan həll etdi. Bu gün biz həsrətində olduğumuz torpaqlara gülərüzlə gedirik.

 

Keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.

 

Rəhbər və vətəndaş

 

Xalq və dövlət birgə addımlayanda dövlət daha yüksək inkişaf edir. Rəhbər və vətəndaş eyni hədəflərə doğru addımlayanda heç bir kənar qüvvə ora müdaxilə edə bilməz. İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz iqtisadi nailiyyətlər qazanmış, elm, təhsil, mədəniyyət sahələrində köklü yeniləşmə başlamışdır. Bu təcrübə yalnız bugünümüzə deyil, gələcəyimizə də yönələn və elmi- publisistik, siyasi-ideoloji dərkini tələb edən böyük dövlətçilik məktəbidir. İlham Əliyevin yeni tipli lider kimi özünütəsdiqi, bu şəxsiyyətin tariximizdə müstəsna rolu gerçək faktlarda özünü göstərir.

 

Müstəqilliyimizin milli məzmunu, Qarabağ probleminin həlli yolunda fəaliyyət, iqtisadi yüksəliş, elm, təhsil, mədəniyyət, idman kimi humanitar sahələrdəki böyük təbəddülat, beynəlxalq aləmdəki ciddi uğurlar - bütün bu mühüm istiqamətlərdə son illərdə İlham Əliyev tərəfindən görülən işlər danılmazdır. Xüsusən, Dağlıq Qarabağ problemi ölkənin taleyüklü məsələsi olaraq cənab İlham Əliyev üçün hər zaman prioritet olmuşdu. Ölkə başçısı dəfələrlə istər beynəlxalq tribunalarda, istərsə də Ermənistanın rəhbərliyi ilə panel diskussiyasında Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə qətiyyətli, cəsarətli, tutarlı faktlarla nümayiş etdirdiyi çıxış-təqdimat nəinki Azərbaycan ictimaiyyəti, eləcə də dünya siyasi dairələri, media qurumları və ekspertlər tərəfindən yüksək və obyektiv qiymətləndirilmişdir. Prezident İlha Bu tarixi anları xalqımıza yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevə sonsuz minnətdarıq və inanırıq ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpaqlarımız olan doğma Qarabağımızı işğaldan azad edən Sərkərdə kimi tarixdə qalacaqdır.

 

Yeni Azərbaycan Partiyasının uğur mexanizmi

 

Yeni Azərbaycan Partiyasının VII qurultayı 2021-ci ilin əlamətdar hadisəsi kimi yadda qaldı. Bu qurultayın ən mühüm tarixi faktlarından biri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni hədəfləri nəzərdə tutan nitqi idi.

 

Cəmiyyətimiz indiyə qədər Azərbaycan Prezidentinin müxtəlif məsələlərə həsr olunmuş çox çıxışlarının şahidi olub. Bu çıxışların hər biri böyük proqram xarakteri ilə diqqət çəkib. Dövlət başçısının nitqlərində ayrı-ayrı strateji istiqamətlərdə əldə edilmiş nəticələrə verilən ədalətli qiyməti, bu günün reallıqlarının düzgün təhlilini və gələcəklə bağlı aydın planları, qarşıya qoyulmuş konkret vəzifələri görürük. Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqi zamanı isə YAP Sədri müasir dünyamızda inkişaf məramlı güclü siyasi təşkilat necə olmalıdır, öz fəaliyyətini necə qurmalıdır suallarını cavablandıraraq, bunun fikir mənzərəsini yaratdı. Partiyanın özünü müasir dünyamızın çağırışlarına uyğunlaşdırması üçün dəqiq vəzifələr müəyyənləşdirdi. Aydın tövsiyələr verdi. Eyni zamanda elə qurultay zamanı bu vəzifələrin yerinə yetirilməsi istiqamətində əsaslı addımlar atıldı. Bir sıra mühüm dəyişikliklər edildi.

 

Azərbaycan Prezidenti partiyanı yeniləşmiş formatda daha işlək olmağa,  problemlərin həllində fəallığa çağırdı. Məlumdur ki, son illər ölkəmizdə köklü islahatlar aparılır. Cəmiyyət həyatının müxtəlif sahələrində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan özünü qlobal inkişaf trendlərinə uyğunlaşdırır. Dünyada baş verən ardıcıl dəyişikliklərə həmahəng addımlar atır. Bir sıra mütərəqqi dəyişiklikləri öz həyatına gətirir. Hər birimiz onların səmərəsini gündəlik həyatımızda dərhal hiss edə bilirik.  Prezident İlham Əliyev bütün bu yenilikləri siyasi islahatlar sahəsində də zəruri sayır: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm”.

 

Uğurlu sərkərdə

 

Ötən 18 ildə ölkənin irili-xırdalı elə bir uğuru və çətinliyi olmayıb ki, dövlət başçısı kimi İlham Əliyevin diqqətindən kənarda qalmış olsun. Hər kəsə və hamıya göstərdiyi qayğı və himayədarlıq ona hər liderə nəsib olmayan ümumxalq rəğbəti qazandırdırıb. Buna görə də xalq onu təkrar-təkrar özünə lider seçib, ətrafında sıx birləşib.

 

Bu tarixi anları xalqımıza yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevə sonsuz minnətdarıq və inanırıq ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpaqlarımız olan doğma Qarabağımızı işğaldan azad edən Sərkərdə kimi tarixdə qalacaq.

 

Tahir Süleymanov Ağsaqqallar Şurasının sədr müavini

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı