Modern.az

Fransa senatoru azərbaycanlı deputatın müsahibəsinə rəy YAZDI

Fransa senatoru azərbaycanlı deputatın müsahibəsinə rəy YAZDI

Aktual

24 Dekabr 2021, 09:50

Milli Məclisin deputatı Cavanşir Feyziyev Fransada prezidentliyə namizəd Valeri Pekresin Qarabağa gizli səfəri ilə bağlı Baku TV-yə müsahibə verib.

 

Modern.az xəbər verir ki, deputatın "Facebook" səhifəsində də paylaşılmış həmin müsahibəsinə çoxsaylı şərhlər yazılıb.

 

Millət vəkilinin müsahibəsinə şərh yazan Fransa senatoru Natali Qule həmvətənlərinin hərəkətlərindən utandığını qeyd edib:

 

"Fransa siyasətçisinin regionda sülh, sabitlik və barış üçün çalışmaq əvəzinə Ermənistanda özünə seçici səsləri axtarmasından utanıram və yorulmuşam. Ümid edirəm ki, lobbinin təsiri ilə öz təbliğatlarını erməni dilində başlayan bütün namizədlər Fransanın Minsk Qrupundakı həmsədrlik yerini də güzəştə getməyə hazırdırlar. Onlar qətiyyən sülhə xidmət etmir, öz şəxsi maraqları naminə bölgənin maraqları əleyhinə hərəkət edirlər. Yeri gəlmişkən, son 20 ilin işğal faktı ilə bağlı onlardan heç vaxt bir kəlmə də eşitmədik. Mövcud vəziyyətin Xristian-Müsəlman sivilizasiya mübarizəsinə əsaslanan yanlış anlaşılması elə budur. Belələri tərəfindən Fransa haqqında yaradılan ədalətsiz imicə görə çox təəssüflənirəm.

Başlıcası isə seçkiqabağı canfəşanlıq yox, real vəziyyətdir. Qarabağ Azərbaycandır!"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı