Modern.az

Rusiya İrəvanda keçiriləcək “Junior Eurovision”dan imtina etdi

Rusiya İrəvanda keçiriləcək “Junior Eurovision”dan imtina etdi

Aktual

5 İyul 2022, 16:02

Rusiya 20-ci beynəlxalq “Junior Eurovision” mahnı müsabiqəsində iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə rusiyalı təşkilatçı İqor Krutoy açıqlamasında bildirib.

 

Qeyd edək ki, 2021-ci ildə Parisdə baş tutan müsabiqədə Malena adlı erməni iştirakçı qalib gəlib. Bu səbəbdən “Junior Eurovision” Ermənistanda keçiriləcək.

 

Yarışma dekabrın 11-də İrəvandakı Dəmirçyan adına idman-konsert kompleksində təşkil olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı