Türkiyənin keçmiş xarici işlər naziri İlter Türkmen vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəsmi məlumat yayıb.
Qeyd edək ki, İlter Türkmen 1980-ci ildə Saim Bülend Ulusunun hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışıb. 1983-cü ildə Türkiyənin BMT-nin Cenevrədəki, 1985-ci ildə Nyu-Yorkdakı ofisində daimi nümayəndəsi olub. Yunanıstan, keçmiş SSRİ, Fransa və digər ölkələrdə səfir kimi fəaliyyət göstərib. Eyni zamanda 1991-1996-cı illərdə BMT Baş katibinin müavini vəzifəsində çalışıb.