Modern.az

Şahın arvadı İran xalqına mesaj göndərdi: “Sizdən güc alıram!”

Şahın arvadı İran xalqına mesaj göndərdi: “Sizdən güc alıram!”

28 Sentyabr 2022, 14:32

İran şahının mühacirətdə yaşayan arvadı Fərəh Pəhləvi növbəti müraciətini yayıb.

Modern.az xəbər verir ki, İran xalqına müraciətində Fərəh Pəhləvi etiraz aksiyalarını növbəti dəfə dəstəklədiyini vurğulayaraq deyib:

“Mənim sevimli oğul və qızlarım,

Qəlbim ağrısa da, mən İranın qəddar qüvvələrə qarşı ayağa qalxdığını görməkdən güc alıram”.

Fərəh Pəhləvi bildirib ki, qaranlığa aldanmış qüvvələrlə qarşıdurmada olan etirazçıları həyəcan və ümidlə saatbasaat izləyir:

"Məhsa Əmininin və onlarla başqa şəhidin qətli, azadlıq uğrunda mübarizə aparan soydaşlarımın davası, öldürülməsi və yaralanması ürəyimi parçalayır. Bu dəhşətli hadisələrdə ölənlərin ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Mən bir ana olaraq bütün polis qüvvələrindən, ordudan, "Bəsic"lərdən, uniformalılardab xahiş edirəm, əllərinizi daha çox öz ölkəsinin gələcəyini düşünən gəncliyin qanına bulaşdırmayın!.

İşığın qaranlığa qalib gələcəyinə və İranın azadlığına ümid edirəm".


Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. 
 

1979-cu ildə devrilmiş şah Məhəmmədrza Pəhləvinin ailəsi hazırda Amerikada yaşayır. Şahın əslən azərbaycanlı arvadı, “Şahbanu” titullu Fərəh Pəhləvi vaxtaşırı İrandakı rejim əleyhinə çıxışlar edir.
 

Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir