Modern.az

Türkiyədə güclü zəlzələ: Yaralı sayı artır - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ: Yaralı sayı artır - YENİLƏNİB

Hadisə

23 Noyabr 2022, 11:10

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra əksəriyyəti dörd baldan yuxarı olmaqla 70-dən artıq avterşok qeydə alınıb.

 

***

Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 46 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

***

 

Türkiyənin Düzce vilayətində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında məlumat paylaşıb.

 

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

 

 

***

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, yeraltı təkanlar İstanbul və Ankara daxil olmaqla, bir çox bölgələrdə hiss olunub.

 

Zəlzələnin episentri Düzcenin Gölyaka rayonunda yerləşib. Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyində qeydə alınıb.

 

Güclü zəlzələ əhali arasında təşvişə səbəb olub.

 

Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb. Bundan əlavə, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU