Modern.az

Ödənişli yolda ağır qəza - Ölü və yaralılar var 

Ödənişli yolda ağır qəza - Ölü və yaralılar var 

28 Noyabr 2023, 20:55

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Nissan Xtrail markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva hadisə yerində ölüb. 59 yaşlı Xalis Babayev isə, müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

 

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri