Modern.az

Kəlbəcərdə yük maşını aşdı - Ölən var

Kəlbəcərdə yük maşını aşdı - Ölən var

2 Mart 2024, 19:45

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

 

Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayev idarə etdiyi yük avtomobili ilə hərəkətdə olan zaman maşını aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi