Modern.az

Masallıda faciə: 17 yaşlı qız doğuşa girdi, körpəsi öldü - YENİLƏNİB

Masallıda faciə: 17 yaşlı qız doğuşa girdi, körpəsi öldü - YENİLƏNİB

16 İyul 2024, 13:21

Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın iyulun 16-da ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

 

Modern.az xəbər verir ki, məlumatı Baş prokurorluğun mətbuat xidməti yayıb.

 

***

12:26

İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib:

 

"Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub".

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri