Modern.az

Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşdü

Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşdü

İdman

13 İyun 2024, 17:40

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Rəyasət Heyətinin üzvləri kişilərdən ibarət 3x3 basketbol üzrə milli ilə görüşüb.

Modern.az-ın məlumatına görə, qurum rəhbəri Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanan yığmanı təbrik edərək, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşün sonunda federasiya rəsmiləri, milli komandanın qalib üzvləri ilə xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, milli Kosovonun paytaxtı Priştinada təşkil edilən təsnifat mərhələsində birinci olub. Qadınlardan ibarət yığma da eyni uğura imza atıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı