Modern.az

Azərbaycan millisi növbəti dəfə uduzdu

Azərbaycan millisi növbəti dəfə uduzdu

İdman

13 İyul 2024, 19:48

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

 

Modern.az xəbər verir ki, B qrupunda Böyük Britaniya ilə qarşılaşan millimiz 51:97 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, seçməmiz dünən ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə uduzub. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığma Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu