Modern.az

Millimiz Avropa çempionatının FİNALINDA

Millimiz Avropa çempionatının FİNALINDA

İdman

14 İyul 2024, 10:31

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq.

 

Modern.az xəbər verir ki, komanda Kipr yığması ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

 

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri