Modern.az

Basketbol millimizdən ardıcıl üçüncü MƏĞLUBİYYƏT

Basketbol millimizdən ardıcıl üçüncü MƏĞLUBİYYƏT

İdman

14 İyul 2024, 17:34

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

 

Modern.az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda İrlandiya yığması ilə qarşılaşıb.

 

Görüş rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, millimiz ilk iki oyunda Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə uduzub. Komanda Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri