Modern.az

Bu gecə çempion məlum olacaq 

Bu gecə çempion məlum olacaq 

İdman

14 İyul 2024, 20:35

Bu gecə ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunun qalibi bəlli olacaq.

 

Modern.az xəbər verir ki, finalda Argentina və Kolumbiya komandaları üz-üzə gələcək. Görüş Bakı vaxt ilə saat 04:00-da başlayacaq.

 

Argentina millisi Amerika Kubokunun son qalibidir.

 

Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən matçın qalibi Kanadanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən Uruqvay seçməsi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri