Modern.az

Bank mütəxəssisləri MSK və DSK-da təmsil olunacaq

Bank mütəxəssisləri MSK və DSK-da təmsil olunacaq

İqtisadiyyat

5 İyun 2023, 10:04

Azərbaycan Mərkəzi Bankının mütəxəssisləri Mərkəzi Seçki Komissiyasında (MSK) və dairə seçki komissiyasında (DSK) yaradılan nəzarət-təftiş xidmətində təmsil olunacaq.

 

Modern.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

 

Belə ki, Məcəlləyə əsasən seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.

 

Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

 

1. nəzarət-təftiş xidmətinin rəhbəri;

 

2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Azərbaycan Mərkəzi Bankından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidirlər.

 

Məcəllənin hazırkı variantı isə belədir: Seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.

 

Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

 

1. nəzarət-təftiş xidmətinin rəhbəri;

 

2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, maliyyə bazarlarına nəzarət orqanından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır