Modern.az

\"Naxçıvan Sığorta\" şirkəti ləğv edilir

\

8 Dekabr 2023, 09:44

Azərbaycanın yeganə regional sığorta şirkəti - “Naxçıvan Sığorta” ASC bazarı tərk etməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

 

 

Məlumata görə, “Naxçıvan Sığorta”nın yeganə səhmdarı “Naxçıvan Bank” ASC-nin qərarına uyğun olaraq şirkətin Direktorlar Şurası lisenziyanın ləğv edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib. Bununla bağlı tənzimləyici qurumun qərarı gözlənilir.

 

Bundan sonra “Naxçıvan Sığorta”nın öhdəliklərini “Atəşgah Sığorta” ASC icra edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri